Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli? – Təcili yardımdan AÇIQLAMA

  • 2020.02.28 15:40
  • 6641 Baxış
Özünüzdə koronavirus əlamətləri hiss etdikdə, ilk olaraq nə etməli? –  Təcili yardımdan AÇIQLAMA

Azərbaycanda Çin koronavirusu daşıyan konkret xəstə aşkarlandı.

Bəs ölkə daxilində özündə bu virusun əlamətlərini hiss edən vətəndaşlar ilk olaraq nə etməli, kimə zəng etməli, hara xəbər verməlidir?

Medicina.az saytı sınaq üçün təcili yardım 103 xidmətinə zəng edərək, “iş yerində koronavirus şübhəli əməkdaşımız var,özü klinik mərkəzə getsin, yoxsa siz gəlib aparırsız” sualını verdi.

103 xidmətindən bildirildi ki, xəstə təcili yardıma zəng edib, heç yerə getmədən ambulansı gözləməlidir.

Ona görə də məlumat olaraq bildiririk ki, koronavirus şübhəli istənilən insan birinci növbədə 103 xidmətinə zəng edir, daha sonra evdədirsə, ayrıca otağa keçib, ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalıdır, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq, təcili yardımı gözləməlidir.

Təcili yardım Bakıda koromavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara sizi transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq.

Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, həkim nəzarətində 7 gün karantin müddətində qalmalısız.