Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü tənha hiss edənlər – Təkliyi sevin

  • 2023.06.01 15:51
  • 1617 Baxış
Özünü tənha hiss edənlər   –  Təkliyi sevin
Yalnızlığın özü də bir duyğudur. Bu heç də həyat şəraitindən asılı deyil. Siz hətta ailə və kütlənin içində özünüzü tənha hiss edə bilərsiniz. Elə insanlar var ki, onlar üçün tənhalıqdan daha pis bir şey yoxdur.

Hətta münasibətdə onlarla adekvat davranmayan və xəyanət edən insanlarla belə münasibətə davam edirlər.

“Medicina” xəbər verir ki, psixoloq Mixail Labkovskinin sözlərinə görə, tənhalıq hissi müəyyən vəziyyətlərin nəticəsi deyil, sadəcə bir emosiyadır. Buna görə də tənhalıqdan əziyyət çəkə bilərsiniz, hətta dostların çox olsa belə.

“İnsan tək olanda öz fikirlərini dinləyə, onları başqalarının fikirlərindən ayıra, həqiqi istəklərini tanıya bilir. Ancaq təəssüf ki, bir çox insanlar nəinki özlərinə qulaq asa bilmirlər, hətta bundan çəkinirlər, vaxtı görüşlərlə doldurmağa çalışırlar.

Yalnızlıq qorxusu sizi səmimi istəkdən, sevgidən deyil, tək yaşamaq qorxusundan başqa insanla əlaqəyə girməyə vadar edir. Xüsusilə qadınlar bu problemlə üzləşirlər. Cəmiyyətdə onlara təzyiq etmək adətdir: “zaman gedir”, “ öləndə sənə heç kim baxmayacaq” və.s

Kişilər trolleybus kimidir, biri gedir, başqası gələcək. Münasibətlər tənhalıqdan qurtulmağın yeganə yolu deyil, nəyin bahasına olursa- olsun onları saxlamağa çalışmamalısınız. Özünüzü sevməyi və təklikdən həzz almağı öyrənmək üçün hər şeyi etmək daha yaxşıdır. Əgər bacarmırsızsa, psixoloqa müraciət edin”.


Günay Quluzadə