Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti kritikdir

  • 2019.05.14 12:13
  • 9223 Baxış
Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti kritikdir
Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır. Bunu Medicina.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. Bildirilir ki, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: "Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və sabitdir". Xatırladaq kli, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.