Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü ikinci dəfə koronavirusa yoluxduran professor -- Eksperiment aparır

  • 2020.10.28 15:15
  • 3438 Baxış
Özünü ikinci dəfə koronavirusa yoluxduran professor - - Eksperiment aparır

Novosibirsk Eksperimental klinik İnstitutunun aparıcı elmi işçisi, professor Aleksandr Çepurnov sağlamlığını təhlükə altına qoyaraq, ikinci dəfə koronavirusa yoluxub.


Medicina.az xəbər verir ki, birinci dəfə o təsadüfən yoluxub, hətta xəstəxanaya düşüb. Amma ikinci dəfə qəsdən özünü təcrübə naminə yoluxdurub.


O bununla koronavirus xəstəsinin immunitet və antitelinin nə qədər möhkəm və davamlı olmasını yoxlamaq istəyib.

“İlk dəfə fevralda Fransada yoluxmuşdum. Dadbilmə və qoxunu itirdim. Xəstəliyimə görə Vətənə tez döndüm. Mənə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu. Bir ay sonra antitel analizi verdim və yeni koronavirusa qarşı antitelin olması təsdiqləndi”.


Bundan sonra mütəmadi antitel analizi verən professor onların sürətlə azaldığını müşahidə edib.
Xəstəlikdən sonrakı 3 ayın sonunda ümumiyyətlə antitellər itib.

“Maraqlı idi ki, təkrar yoluxma sürətlə baş verə bilərmi və xəstə bu dəfə virusu necə keçirəcək. Ona görə eksperiment üçün özümü yoluxdurdum və gördüyünüz kimi asanlıqla da yoluxdum. Bu təcrübə virusun təbiətini, təkrar yoluxmada təsirini, xəstədə nə baş verməsini öyrənmək üçün infeksionistlərə fürsət yaradacaq”.

Professor ikinci dəfə 6 aydan sonra yoluxub.

Cəmi 6 gün ərzində ağciyərlərdə ikitərəfli pnevmoniya başlayıb.