Yuxudan və istirahətdən sonra belə keçməyən yopğunluq, əzginlik həyəcan siqnalıdır.
“Medicina” xəbər verir ki. onkoloq Dmitriy İstomin zərərsiz görünən və keçəcəyini düşündüyünüz simptomlar xərçəngin simptomsuz variantı ola biləcəyi barədə xəbərdar edib.
“İnsan öz bədəninə, hər nahiyəsinə həssas və diqqətli yanaşmalıdır. Yalnız insan özü bilir ki, bədəni ötən ay necə idi, indi necə? Nədən yorulub və ya bu yorğunluqq deyil.
Yorğunluqla yanaşı qəribə bir zəiflik, gücsüzlük varsa, mütləq həkimə və ciddi müayinələrə getmək lazımdır.
Bu əlamətlə yanaşı səbəbsiz arıqlama və bədəndə əzələ zəifliyi varsa, qida davranışı və iştahda pozulma varsa, həzm sistemi ciddi yoxlanmalıdır. Belə hallar mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər xərçəngində olur.
Siqaret çəkənlər yorğunluq, tərləmə və öskürəyə fikir verməlidir”.
Aygün Musayeva