Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü binadan atan kişi Sabunçu xəstəxanasına aparılıb

  • 2024.01.30 14:48
  • 755 Baxış
Özünü binadan atan kişi Sabunçu xəstəxanasına aparılıb
Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

APA xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.



Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.