Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

  • 2022.12.08 16:29
  • 6079 Baxış
 Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

"Medicina" xəbər verir ki, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub.

Evli olmayan xanımın qeyri-rəsmi münasibətdə olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.