Bu gün özünü asan Sənan Həsənov Vətəndaş İnkişaf Partiyasının (VİP) aktiv üzvlərindən olub .Bu barədə VİP sədri Əli Əliyev deyib.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, Sənan Həsənovun uzun müddətdir ki, ürəyində problemlər var idi:
"Ürəyindən şuntlama əməliyyatı keçirmişdi. Özü əczaçı idi. Partiya üzvümüz, dostumuz, səmimiyyətin təcəssümü Sənan Həsənov vaxtsız şəkildə bizləri tərk etdi. Allah Haqq dünyasını versin, günahlarını bağışlasın. Çox heyf, min dəfələrlə heyf... Allah rəhmət eləsin."
Qeyd edək ki, mərhumun iki övladı var.
Xatırladaq ki, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlunun asılmış meyti sahibi olduğu aptekdən tapılıb.