Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünə inamı artırmağın – 5 yolu

  • 2023.05.31 20:44
  • 2015 Baxış
Özünə inamı artırmağın  – 5 yolu
Bir çoxlarının fikrincə, özünə inamsızlıq güclü psixoloji problem deyil. Əslində isə bu, insan həyatında böyük rol oynayır.


“Medicina” xəbər verir ki, həkim – psixoloq Valeri Qutun sözlərinə görə, istəsəniz də, istəməsəniz də, özünə inam kimi keyfiyyət həyatı asanlaşdırmağa kömək edir.

Özünə inamın aşağı olmasının haradan qaynaqlandığını və dəqiq şəkildə necə düzəldə biləcəyini bilsəniz, onu "təmir etmək" mümkündür.

Özünə inamsızlıq əsas 3 səbəbdən yaranır;

• Tərbiyədəki çatışmazlıqlar, ata-anadan
• Pozitiv təcrübənin olmaması
• Məsuliyyəti daim digərlərinin üzərinə qoymaq

Bunu dəyişmək üçün bir neçə yol var;

1. Düşüncənizə nəzarət edin - Bəzən başqalarının inancları özününkü kimi qəbul edilir. Lakin özünüz qərar qəbul etdiyiniz hər hansı bir yol uğursuzluğa uğrasa belə, bu uğursuzluqdan nəticə çıxardıb, dəfələrlə özünüzü sınamalısınız. Əgər bacarmasaz, psixoloqa müraciət etmək lazımdır.

2. Daxili dayaqlar, sütunlar yaradın - Çox vaxt insanlar xaricdən dəstəklərə güvənməyə çalışırlar: münasibətlər, iş, dostluq. Lakin bu dəstəklərin əbədi olmadığını unutmayın. Çalışmaq lazmdır ki, öz məqsəd və dəyərlərimiz öndə olsun.

3. Adaptiv intellekti inkişaf etdirin - Dəyişən reallığa adekvat cavab vermək və böhran vəziyyətində qərarlar qəbul etmək bacarığı sizə dərin inam verir. Müəyyən yerə və vəziyyətə adaptasiya olub, vəziyyətə görə hərəkət etmək daha səmərəlidir.

4. Dəstək qrupu yaradın – toksik insanalar "Problem sənsən", "Heç kimə lazım deyilsən", "Heç kim sənin fikrinlə maraqlanmır", "Sən kifayət qədər yaxşı deyilsən" kimi fikirlər yayır. Bu yolla onlar öz əhəmiyyətini artırmaq və ya rəqibi aradan qaldırmağı düşünürlər.

Özünə güvənən insanlar adətən, fərqli deyirlər: “Bu, sizin üçün əladır”, “Sağ olun, bunu səndən yaxşı heç kim edə bilməz”, “Uğursuzluğun günahkarı sən deyilsən, sadəcə yenidən cəhd et. ” Bu cür rəyləri qəbul edərək, biz dəstək, ilham və özümüzə daha inamlı hiss edirik. Çalışın toksik insanlardan uzaq olun.

5. Diqqətinizi uğura yönəldin – hər hansı bir uğursuzluq gələcəkdəki uğurdan xəbər verir. Lakin bu uğursuzluqdan dərs almalı və səhvlərimizi düzəltməliyik.

Aynurə Məmmədova