Medicina saytı uzun müddətdir ki, oxucuları ilə onlayn çat vasitəsilə ünsiyyətdədir. Bizə ünvanlanan sualları cavablandırır, dərc etdiyimiz materiallarla bağlı fikirlər görürük.
Oxucularımızdan biri bizim "Sən xəstə deyilsən, sən susuzsan” adlı məqaləmizi oxuduqdan sonra bizə yazaraq təşəkkürünü bildirərək, bu metoda inandığını və öz səhhəti ilə bağlı təcrübəsini bölüşdü. O, bildirdi ki, eynilə yazıdakı kimi xəstəliklərini su yox, Fanta içkisi içməklə sağaldır.
Medicina.az Bahar adlı oxucunu uzun müddət onu narahat edən ağrılardan, böyrək xəstəliyindən xilas edən qeyri-adi metodu elə öz dilindən təqdim edir:
"İllər öncə mən dözülməz ağrılardan, sancılardan əziyyət çəkirdim. Həkim dərman yazmışdı, müalicə xeyir vermirdi.
Düşündüm ki, soyuqlamam var. Dənizə, isti quma getdim. İsti quma bədənimi basdıranda ağrılar daha da artırdı.
Dözə bilməyib, dənizə girdim, suda rahat oldum.
Həmin ərəfədə televiziyada bir reklam gördüm, suya qatıb içmək üçün toz idi. Uşaqları göndərdim aldılar. Bu poroşoku bir banka suda həll edib, içdim. Bir stəkanla doymayıb, bankanı içdim.
Uşaqlar heyrətlə mənə baxırdı. Dedim gedin bundan çox alın. O poroşok Fanta dadı verirdi, qazsız şirə idi. Həmin içkidən 2-3 banka içdikdən sonra, böyrəklərimdəki ağrılar getdi.
O hadisədən 10 il keçib. O vaxtdan yay aylarında 2-3 dəfə Fanta içməklə özümü müalicə edirəm.
Mən adi günlər su, çay içmirəm, orqanizmim də istəmir, hətta sulu yemək də yemirəm. Bu susuzluq məndə duz kristalları yaradır, ağrı, yanğı verir. Fanta içdikdən sonra az-az su içməyə davam edirəm.
Bilmirəm, Fantada nə varsa, duz kristallarını parçalayır, onun qazlı olması isə böyrək və sidik yolu kanallarında genişlənmə yaradıb, kristalların rahatlıqla çıxmasına kömək edir.
İndi elə ki, canım ağrıyır, ən zor durumumda, 1,5 litr fantanı birdəfəyə içirəm. Hər gün içmirəm.
Bir də arıqlamaq, fərahlanmaq, xolesterindən təmizlənmək üçün səhərlər limonlu su içirəm.
Ötən il Moskvada bir həkimlə bu barədə söhbət etdik. O, bir uşağın sidik kanalına mil qoymuşdu ki, genişlənmə yaransın. Uşağın anasına və o həkimə öz metodum barədə danışdım. Həkim dedi bu bir ixtiradır.
Bu metoddan anladım ki, mənim orqanizmimdə su çatmadığına görə, duz kristalları yaranır. Yəni xəstəliyimin səbəbi elə susuzluqdur.
Ona görə də sizin Sən xəstə deylsən, sən susuzsan məqalənizi tam bir həqiqət hesab edirəm”