“İndiyədək dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Başqa müəssisələrin testlərinin qiymətlərinə heç bir halda müdaxilə etmirik. Onlar qiyməti özləri müəyyənləşdirir”, - deyə Y. Qarayeva əlavə edib. /apa/