Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özəl tibb müəssisələrində koronavirusa görə yoxlamalar başlayır

  • 2020.03.16 18:52
  • 1727 Baxış
Özəl tibb müəssisələrində koronavirusa görə yoxlamalar başlayır

Özəl tibb müəsisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.

Medicina.az xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, özəl tibb müəsisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək. Burada virusun olub-olmaması yoxlanılacaq.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.