Özəl təcili yardım çağırmaq üçün nə etməli? - 24 saat xüsusixidmət
Özəl təcili yardım çağırmaq üçün nə etməli? - 24 saat xüsusixidmət
2025.02.19 13:12
420 Baxış
Xəstəni dövlət yox, özəl təcili yardım xidməti ilə ən müasir xəstəxanaya çatdırmaq mümkündürmü?
"Medicina" xəbər verir ki, Bakıda 24 saat işləyən özəl təcili yardım xidməti mövcuddur. Respublika Diaqnostika mərkəzinn Xaricdə uzunmüddətli ixtisaslaşma keçmiş və zəngin iş təcrübəsi qazanmış Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac olarsa hospitala daşınmasını təmin edir, reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.
Bu şöbənin ambulans və ilk yardım otaqları beynəlxalq JCI standartlarına uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, pasiyentlərin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.
Respublika Diaqnositka Mərkəzinin Təcili Tibbi Yardımına məxsus 913 nömrəli çağri mərkəzi 24 saat əhalinin xidmətindədir.
Təcili tibbi yardım xidməti istədiyiniz təqdirdə ev və ya ofisinizdə portativ aparat diaqnostik EKQ və laborator müayinələri həyata keçirə bilər.
Yəni xəstənin ürəyi evdəcə yoxlanır, analizlər götürülür.
Fərqi yoxdur, ürək-damar, infarkt, insult, tənəffüs,daxili orqanlarda ağrı – istənilən halda xəstə üçün Respublika Diaqnostika Mərkəzindən təcili yardım xidməti çağıra bilərsiz.