Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özəl klinikalarda vaksin alveri: Ödəniş tələbi qanunidirmi?

  • 2021.06.09 14:54
  • 2122 Baxış
Özəl klinikalarda vaksin alveri:  Ödəniş tələbi qanunidirmi?
Bakıda özəl klinikalarda vaksinasiya olunmaq istəyənlərdən müayinə adı altında əlavə ödəniş tələb edilir.

Medicina.az xəbər verir ki, Bakupost.az -ın redaksiyasına daxil olan məlumata görə, “Caspian İnternational Hospital”da vaksin vurdurmaq üçün müraciət edən şəxslərdən 30 manat məbləğində pul alınıb.

Vətəndaşların bildirdiyinə görə, 30 manatlıq "müayinə" təzyiqin ölçülmısindən ibarətdir.

Məsələ ilə bağlı bir neçə tibb müəssisəsindəki vəziyyətlə maraqlandıq:

Məlum oldu ki, özəl klinikaların böyük əksəriyyətində vaksinasiya prosesi həyata keçirilmir.

Vaksinasiya olunan yerlərdə isə bir nəfər üçün 30-50 manat arası vəsait tələb olunur.

“Leyla Medical Center”də vaksindən əvvəl yoxlanış üçün 30 manat vəsait tələb olunur.

Mərkəzi Klinik Xəstəxanasındakı vəziyyət isə poliklinkalardan heç də fərqlənmir.

Baş verənlərlə bağlı TƏBİB-dən bildirilib ki, vaksinlərin paylanılması vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB tərəfindən həyata keçirilmir: “TƏBİB yalnız Abşeron, Sumqayıt və bölgələrdə vaksinasiya həyata keçirir. Vaksindən öncə müayinə olunmaq isə ödənişsizdir”.

Qeyd edək ki, ölkədə vaksinasiya prosesi könüllülük prinsipi əsasında, pulsuz olaraq həyata keçirilməlidir.