Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özəl klinikalarda uşaq peyvəndləri qadağan edilsin – Pediatr

  • 2023.11.29 14:40
  • 2782 Baxış
Özəl klinikalarda uşaq peyvəndləri qadağan edilsin  – Pediatr

Azərbaycanda qızılca sürətlə yayılır. Hətta peyvənd olunanlar da yoluxur. Məktəblər isə karantinə alınmır. Hər kəs qızılcanın yayılma səbəbini uşaqların peyvənd olunmamasında görür və valideynləri peyvənddən qorxub yayınmaqda qınayır.

Bəs valideynlər niyə peyvənddən qaçır?


“Medicina” xəbər verir ki, pediatr Aytən İsmayılzadə körpələrin vaxtında ölümcül xəstəliklərdən peyvənd olunmamasının bir səbəbini də pulsuz peyvəndlərin özəl klinikalarda baha qiymətə təklif edilib, valideynlərin çaşdırılmasıdır.

“Valideynə maraqlıdır : niyə özəldə bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burda keyfiyyət fərqi var. Buna təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq" o biri deyir " pulsuz olan nə keyfiyyətli ola bilər ki" və s.


Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə inam tapmır. Və həmin uşaqlar bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil.

Bunu unutmayın.

Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir. Özəl klinikalarda peyvəndləmə ölkəmizdə insanlarda çaşqınlıq yaradır. Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa deməli bu məsələyə baxılmalıdır. Kim baxacaq?

Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.

Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yenidoğulmuşa deyirəm: iki aydan peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən.

Peyvəndlərini də poliklinikada etməyi deyirəm.
Özəl klinikada peyvənddən faiz keçir həkimlərə. Hələ klinikanın qazancını demirəm. Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır”.

Aygün Musayeva
Medicina.az