Özbəkistanda daha iki nəfər koronavirusa yoluxub.
Beləliklə, bu virusa yoluxanların ümumi sayı 13 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Martın 15-də Səhiyyə Nazirliyi Fransadan qayıdan Özbəkistan vətəndaşında koronavirusun aşkarlandığını bildirmişdi.
Martın 17-də axşam saatlarında yoluxma hallarının sayı 11-ə çatmışdı.
Xatırladaq ki, Özbəkistan hakimiyyəti martın 16-dan bəri koronavirus yayılması təhlükəsi ilə əlaqədar digər ölkələrlə nəqliyyat əlaqələrini dayandırmışdı.