Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özbəkistanda koronavirusa yoluxanların sayı 1 800-ə çatır

  • 2020.04.24 10:11
  • 922 Baxış
Özbəkistanda koronavirusa yoluxanların sayı 1 800-ə çatır

Özbəkistanda ötən sutkada 20 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 778-ə yüksəlib.



Ölkədə indiyədək 561 nəfər sağalsa da, 7 nəfər COVID-19-un qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötüb. Bunların 749 539 nəfəri sağalıb, 191 063 nəfəri isə ölüb.