Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özbaşına dərman qəbul etməyin! - TƏBİB

  • 2021.10.29 14:42
  • 1438 Baxış
Özbaşına dərman qəbul etməyin! -  TƏBİB
“Xəstələrin həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etməsi təhlükəlidir”.

Medicina.az -ın məlumatına görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E. Quliyev deyib ki, COVİD pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: “Bu halda həkim nəzarəti olur və ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər dərman vasitələri qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”.