Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Oynayan" təzyiq daha təhlükəlidir

  • 2020.11.11 15:47
  • 15764 Baxış
"Oynayan" təzyiq daha təhlükəlidir

Amerikanın Mərkəzi Ürək İnstitutunun alimləri insanın həyatı üçün ən təhlükəli təzyiqi təyin ediblər.

Medicina.az xəbər verir ki, təzyiqin qalxıb-düşməsi, el dilində oynaması, stabil yüksək təzyiqdən daha təhlükəlidir..

Alimlərin müşahidələrinə görə, arterial təzyiqi tez-tez və uzun müddət ərzində 30-40 mm c.st. düşüb-qalxan insanlar yüksək, lakin stabil təzyiqi olan insanlardan daha erkən ölürlər.

Bunları nəzərə alaraq həkimlər arterial təzyiqinə daim nəzarət etməyi və onun normaya uyğun və stabil qalması üçün çalışmağı tövsiyə edirlər.


Əgər insan özündə təzyiqin tez-tez qalxıb-düşməsini müşahidə edirsə, vaxt itirmədən həkimə müraciət etməlidir.