Türkiyədə son 5 ilin ən müasir, yeni Amerika və Avropa istehsalı endoprotezləri ilə artroplastika əməliyyatları funksiyasını itirmiş, iltihablı, yeyilmiş, nekrozlu oynaqların cərrahi yolla bərpa edilməsi və xəstənin hərəkətliliyinin təmin edilməsidir.
Medicina.az Türkiyədə bu əməliyyatın edilməsinin üstünlüklərini təqdim edir.
Türkiyədə oynaq və sümük xəstəlikləri bir cür əməliyyatla müalicə edilmir.
Artroplastikanın bir neçə növü var.
1. Rezeksion – xəstə oynaq, sümük üzü çıxarılır. Kapsulun yaxşılaşmasına nail olunur.
2. İnterpozisiya artroplastika – pozulmuş sümük üzlərindəki qığırdaq toxumasının çıxarılması, sonra yerinə yumşaq toxuma gətirilməsidir.
Hətta əllərin barmağındakı kirəclənmiş barmaqda sümük çıxarılır, yerinə longus tendon yerləşdirilir.
3. Parsiyel endoprotez – sümük, oynağın sadəcə bir tərəfinin dəyişdirilməsi. Bu da yarım protez kimidir.
4. Total sümük artroplastika = tam deformasiya olunmuş, ağrı verən, müalicəyə cavab verməyən, xəstəni yatağa məhkum edən sümüklərin hər iki tərəfinin dəyişdirilməsidir.
Total- tam protezlər – diz, bud, çiyin, ayaq biləyi kimi iri oynaqlara tətbiq edilir. Eləcə də siz Azərbaycanda edilməyən nadir dirsək, əl biləyi, ayaq barmaqları, onurğa arasına da total sümük protezi etdirə bilərsiz.
Ən ağır əməliyyatlardan biridir.
Oynaq dəyişdirilməsi əməliyyatı çox çətin və açıq əməliyyat olduğu üçün əməliyyatxana və alətlər çox steril olmalı, əməliyyat öncəsi antibiotik vurulmalı, hansı infeksiyalar ola bilərsə,öncədən tədbir alınmalı. Prortez və komponentləri də çox steriç paketlənmiş, yalnız həmin xəstə üçün əməliyyat zamanı açılmalı, paket ağzı açıq olmamalıdır. Həkim cərrah və xəstəxana bu kimi infeksion tədbirlərə məsuliyyət daşıyır.
Bəzən Azərbaycanda yaşlı xəstələrə endprotez əməliyyatı göstəriş olmadığı halda yeganə çıxış yolu göstərilir və ya bəzi xəstələr qoyulan protezin işə yaramadığını, əməliyyatdan sonra oynaqda şiş, iltihab, ağrı verdiyini bildirir. Buna səbəblərdən biri qoyulan metallik protezi toxumanın qəbul etməməsidir.
Adətən orijinal Amerika, Avropa istehsalı olmayan, FDA təsdiqi almamış, hansısa üçüncü dövlətdə istehsal olunan ucuz material istifadə edildikdə, oynaq protezi uğursuz olur.
Bunu isə xəstə heç cür sübut edə bilməz.
O halda həmin protez çıxarılmalı, yenidən revizion əməliyyat aparılmalı və protez dəyişdirilməlidir.
Türkiyədə isə məşhur klinikalarda yalnız orijinal, seriya nömrəsi və kodu Amerika üzrə olan və keyfiyyətli, steril protezlərdən istifadə olunur.
Eləcə də bu əməliyyatdan sonra xəstələr bir müddət ortopedik reabilitasiya keçməlidir. Bu da müasir mərkəzdə, bu üzrə ixtisaslaşmış fizioterapistlər tərəfindən olunmalıdır.
Əgər sizin oynaq, sümüklə bağlı problemləriniz varsa və protez təklifi olunubsa, bu qərara tələsmədən Türkiyədə travmatoloq, uzmanla məsləhətləşin. Çünki endoprotez insana 1 dəfə, ən çoxu 2 dəfə tətbiq oluna bilər.
Daha çox 60-70 yaş arası insanlara uyğundur. Çünki endprotez oynağın ömrü, xidməti 15-20 ildir.
Yəni 40 yaşında endoprotez olunan xüsusən aktiv hərəkətli bir kişi 60 yaşında yenidən bu əməliyyatdan keçməlidir.
Amma son illərdə istifadə müddəti 25-30 ilə qədər olan Amerika və Avropa endoprotezləri icad edilib. Bunlar qiymətdə bir qədər fərqlidir.
Eləcə də sizin qəza və ya bəzi səbəblərdən hansısa sümüklərinizdə qırılma varsa, çıxarılıbsa, o sümüklər bərpa olunmursa, həmin nahiyələr üzrə müxtəlif materiallardan tam və qismən protezlənmə etdirə bilərsiz.
Uğurlu əməliyyat edib, uyğun fizioterapiya və reabilitasiyadan keçdikdən sonra xəstə əvvəlki sağlam, hərəkətli, ağrısız günlərinə geri dönür və ailəsinə yük olımadan özünü idarə edir.
Endprotezlərin növləri:
Endoprotezlər metal və ya sintetik materiallardan hazırlanan, hərəkətli sümük –oynaq modelləridir.
Kürək, bud, ayaq, diz, çiyin, dirsəklər üçün hazırlanıb.
Diz duzlaşması, kirəclənməsi, oynaq yeyilməsi, artroz, qonartroz, artritlərdən yeyilmiş və artıq dərmana cavab verməyən oynaqları bərpa etmək üçündür.
Çimentolu olan və hibrid protezlər vardır. Əməliyyatdan sonrakı birinci gündə addım atmağa icazə verilir.
Oynaqlara ağırlıq 3-6 həftədən sonra verilə bilər. Maksimum stabil vəziyyət 6 aydan sonra alınır.
Tam total protezlənmə olunan xəstələrə ən azı 2 ay boyunca gəzməkdə, qalxmaqda yardım edə biləcək çəlik, cihaz verilir.
Çalışın, sümük-oynaq-əzələ ilə bağlı əgər acil durumlar yoxdursa, planlı əməliyyat üçün uzman travmatoloq, revmatoloq və reabilitasiya həkimlərinə görünün.
Sizin üçün Türkiyədə ya müalicə planı, çünki əksər xəstələrin hələ əməliyyata ehtiyacı olmaya bilər, ya da uyğun əməliyyat növü seçilə bilər.
Əgər ailə üzvlərinizin illərlə davam edən oynaq, sümük problemi varsa, Türkiyədə yoxlanıb, əməliyyata uyğun olun-olmadığınızı bilmək istəyirsizsə və ya Türkiyədə ən qısa, sərfəli yolla bu əməliyyatlar barədə məlumat almaq istəyirsizsə, Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiniz.
Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Artıq şirkətin rəsmi ofisi Bakıdadır.
Digər turizm agentliklərindən fərqi:
1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.
Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.
Əlaqə saxlamaq üçün telefon:
+994 70 - 988 -77- 07