Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaqları ağrıyanların bədənində nə çatışmır?

  • 2024.01.25 23:21
  • 1463 Baxış
Oynaqları ağrıyanların bədənində     nə çatışmır?

Əgər bir insanda yorğunluq, bədənində quruluq, əzginlik, oynaqlarında ağrı varsa, orqanizmdə yağ çatışmazlığından şübhələnmək olar.


“Medicina”xəbər verir ki, dietoloq Natalya Denisova yağları kifayət qədər qəbul etməyin vacibliyini bildirib.


“Yağ dedikdə düzgün yağ nəzərdə tutulur. Sağlamlıq üçün təhlükəli olan trans yağlar bir çox qidalarda – fastfudda, şirniyyatlarda, şokolad yağlarında, pastalarda, marqarində var.

Hətta dondurma və bulyon kubiklərinə də qatılır.

Bu tərkibə görə belə qidalardan imtina etmək lazımdır.

Bitki və heyvani qidalardan təbii yağlar isə sutkalıq orqanizmə daxil olmalıdır.

Doymuş yağlar hüceyrə membranı üçün vacibdir, bu yağ olmayanda vitaminlər mənimsənilmir. Doymamış Omeqa yağları isə qanda şəkər və insulini tənzimləyir, bu diabet və ürək xəstəliklərinin qarşısını alır.

Qidada yağ azlığı, yağı çıxarmaq yorğunluq və oynaq ağrılarına səbəb olur.

Səhər oyanandan çarpayıdan yorğun qalxırsızsa, işdə də tez yorulursuzsa, gözləriniz və oynaqlarınız ağrıyırsa, deməli, faydalı yağlar çatışmır.

Doymamış yağ turşuları qidadan alınmalıdır, onlar iltihab əleyhinə təsir edir. Əgər defisit olarsa, dəridə problemlər və oynaq ağrıları da olur. Çünki məhz bu yağlar oynaq arası və sümüklərdəki iltihabı azaldır. Orqanizmdə yağı çatışmayanların saçları da quruyur və tökülür”.

Aygün