Revmatoloji problemlərdən oynaq ağrılarına isti müalicə lazımdır, ya soyuq?
“Medicina” xəbər verir ki, ali kateqoriyalı revmayoloq Ayxanım Karabayeva iltihablı oynaqların soyuqla müalicəsindən danışıb:
“Oynaqlar üçün soyuq prosedurlar faydalıdır. Əgər artrit yüksək hərarət, oynaq ətrafında istilk və şişkinliklə xarakterizə olunursa.
Oynaqlara soyuq predmet və kompress qoyduqda, qan damarları daralır, oynağa qan axını azalır, nəticədə oynaqda iltihab yaradan zülal qidalanmır.
Nəticədə oynaq şişi, istiliyi, iltihabı və ağrı azala bilər.
Çünki soyuq ağrı impulslarının beyinə ötürülməsini də azaldır.
Amma bu müalicə deyil, bu yardım, ekstren çıxış yoludur.
Oynaqlarn müalicəsi üçün travmatoloq, ortoped və revmatoloq birgə müalicə etməlidir.
Oynağa buz da qoymaq olar, onu dəsmala bükün.
Oynağı və ətrafını 1-2 dəqiqə masaj edin .
-Eləcə də buzluqdan çıxarılmış ət, kələm, xiyar da qoymaq olar.
Soyuq kompresi 3-5 dəqiqə gündə 2 dəfə istifadə etmək olar.
Uzun müddət bu təcrübəni etmək olmaz.
Bu həmin nahiyəni dondurub hissiyatsız edə bilər.
Şəkərli diabetlərə, neyropatiyalarda olmaz.
Eləcə də iltihablı oynaqlara isti kompress və qızışdırıcı mazlar olmaz”.
Aygün M