40 yaşından sonra əhalinin yarısı artralgiya ağrıları hiss edir.
"Medicina" xəbər verir ki, nevroloq Yelena Sopova bu ağrıların yaranma səbəbini izah edib:
Oynaqlarda ağrılar mexaniki travma, yaşlanma, idman, infeksion xəstəliklər, nevralgiya, genetik amillərdən ola bilər.
"Oynaqlarda vəziyyəti kəskinləşdirən amillər - rütubət, nəmişlik, hipotermiya, həddən artıq yüklənmədir.
Oynaqlar reaktiv artrit səbəbindən də ağrıya bilər - bu həzm orqamları, tənəffüs orqanları, sidik sisteminin iltihabi infeksiyalarında olur.
Bu zaman oynaqlar şişir, qızarır, isti olur, hərəkət etdirib əyəndə ağrıyır. Yanaşı olaraq konyuktivit, uretrit, kolit, dəri iltihabı ola bilər.
Oynaqlar maddələr mübadiləsi pozulması və podaqra zamanı da zədələnir.
Bədənin müxtəlif hissələrində duz yığılması nəticəsində podaqrik düyünlər əmələ gəlir.
Bəzi dərmanların təsirindən də yerli artralgiya əmələ gəlir. Yüksək dozada antibiotik, trankvilizator və s".
Aygün Musayeva