Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaqlara, boyuna duz yığılması absurd fikirdir... Kalsium preparatının sümüklərə faydası yoxdur- Revmatoloqdan şok açıqlamalar

  • 2018.02.27 19:28
  • 55261 Baxış
Oynaqlara, boyuna duz yığılması absurd fikirdir...  Kalsium preparatının sümüklərə faydası yoxdur-  Revmatoloqdan şok açıqlamalar
Medicina.az Bioloji Təbabət klinikasının məşhur həkimi, Revmatoloq-terapevt Əlizadə Əli ilə sümük-oynaq xəstəlikləri və fəsadları mövzusunda müsahibəsini təqdim edir. 



-Deyirlər, Əli həkim möcüzələr yaradır. Gəzə bilməyən xəstə müalicənizdən sonra gəzir, illərdir ağrıdan əziyyət çəkənlər ağrını unudur. Bunlar əfsanədir, yoxsa reallıq? 


-Çox da şişirdilmiş olması, amma biz o xəstəni ayağa qaldırırıq ki, onun gəzməsinə imkan, şans var. Dünyada elə həkim yoxdur ki, 100% xəstəni sağaltsın. Yaxşı həkim odur ki,  heç olmasa 50%+1 müalicə etsin. Biz də yəqin ki, o 50% müalicə edən həkimlər sırasındayıq. Bizim özümüzə məxsus bəzi üsullarımız var, bəzi xəstəliklərə yanaşma tərzimizdə fərqliyik. Təcrübəmiz də getdikcə çoxalıb və elə xəstəliklər var ki, əminliklə onun müalicəsini üzərimizə götürürük. Biz xəstəyə ağrıkəsici yazmırıq, hormonal preparatlardan qəti istifadə etmirik, hətta hormonal dərmanlardan asılı xəstəni onlardan ayırırıq. Çox həkimlərin xəstəyə sanki rəhmi gəlir, ağrımasın deyə, ağrkəsici yazır. Biz o ağrını yaradan səbəbi tapıb aradan qaldırırıq. Ağrıkəsici yazmaq xəstəni və özümüzü aldatmaqdan bir şey deyil. Xəstə dözə bilirsə, dözməlidir. Xüsusən gündüz ağrılarına dözməlidir. Gecə ağrıdan yata bilmirsə, dözə bilmirsə, ağrıkəsici içə bilər. Çünki gecə yata bilməyən xəstənin səhər ağrıları çox olur. Bizi çətinə salan uzun illər hormonal dərmanlar qəbul etmiş xəstələrdir. Xəstə nə qədər az hormonal dərman qəbul edibsə, onun müalicəsi daha asan, qısa və ucuz başa gəlir. Amma bizə gəlib çatana kimi təəssüf ki, xəstələr artıq hormonal preparatdan asılı halda olmuş olur. 


-Bəs niyə çox həkimlər xəstələrə hələ də ağrıkəsicilər yazırlar?

-Əslində, ağrıkəsici və hormonal dərman yazan həkimi də qınamaq istəmirəm. Çünki protokola baxanda, onların yazdıqları düzgün sayılır. Tibbdə belə bir şey var 2x2 həmişə 4 etmir. Protokola uyğun müalicə yaza bilər, amma müalicə effektiv olacaqmı? Bizim fərqimiz də odur ki, hər xəstəyə fərdi yanaşırıq. Məsələn, dizi möhkəm ağrıyan xəstəyə ağrıkəsici yazıb, bir müddətdən sonra əməliyyata göndərmirik. Orda gedən degenerativ – dağılma prosesini dayandırmağa çalışıb, onu regenerativ prosesə çevirməyi bacarırıq. Bu da yalnız bioloji tənzimləyici metod və dərmanlarla mümkün olur. Hər həkimin də bu haqda məlumatı və əlinin altında o dərmanlar yoxdur. 

 


-Bəs bu vaxta kimi ağrıkəsici atmaqla həyatına davam edənlərin sonu necə olacaq? Bizim insanlar ağrıkəsici almağa meyillidir. 

-Ağrıkəsicidən asılı olan xəstənin ömrü az olur. O insan bəlkə də xəstəliyindən ölməzdi, amma dərmanın fəsadlarından ölür. 60 yaşdan o yana çətinliklə keçir: uzun müddət ağrıkəsici almaq selikli qişanı dağıdır, mikro qansızmalar verir, qaraciyəri zədələyir, 

Amerikanın dəqiq statistik göstəriciləri vardır ki, reanimasiyaya düşən xəstələrin 70%-i  həyatları boyu müxtəlif ağrıkəsici qəbul etmiş insanlardır. Bu rəqəm bizdə də belədir. Parasetamol tərkibli dərmanlar qaraciyəri dağıdır. Aptekdə ən çox satılan, özüdə reseptsiz, kimə gəldi satılan dərman məhz ağrıkəsici dərmanlardır. Hərarət qalxır, temperatur endirən dərman axtarırlar. Bunu birdəfəlik bilmək lazımdır ki, xəstələnəndə qalxan temperaturu endirmək heç protokolda da yoxdur. O temperatur zərərli bakteriya, virusları öldürən antitelləri sintez edir. Bu bədənin mübarizə formasıdır. Temperaturu salmaqla biz nə qədər özümüzə ziyan edirik fərqində deyilik. 

 


-Azərbaycan xalqının dayaq-hərəkət sistemini məhv edən 5 əsas səbəb hansılardır ki,  sizi narahat edir?

-Bu siyahıda birinci yerdə vaxtında həkimə müraciət etməmək durur. 

2- artıq çəki. Ölkəmizdə ən faciəvi məsələdir. İnsanlarımız, xüsusən qadınlar həddən artıq çəkiyə meyillidir.. Sümük oynaq sistemində deformasiyası olan insana  artıq çəki əks göstərişdir. Bu insanları müalicə etmək də çətinləşir. 

3- uzun müddət ağrıkəsici preparatlardan istifadə etmək. Nə olur olsun ağrımayım düşüncəsi ilə yaşamaq olmaz. 

4- Hərəkətsizlik, idmandan uzaqlıq, az gəzmək. 

5- Klimakterik dövrdən sonra qadınlarda oynaq, bel, sümük ağrılarının, problemlərinin olması milli bəladır. Çünki heç bir ölkədə qadınlar bizim ölkədəki kimi klimaks dövründə ölüb yenidən dirilmir. Deyirlər ki, nənələrimizin də dizi ağrıyıb, sovet dövründə də bu problemlər olub. Bu xəstəlik genetik deyil. Burda əsas səbəb vaxtında izaplafon turşusunun az qəbul olunmasıdır. Biz ümumiyyətlə bu turşunu qəbul etmirik. Asiya ölkələrində qidalanma elə ərzaqlardan təşkil olunub ki, izoplafon turşusunu kifayət qədər alırlar. Ona görə Asiya qadınları nə vaxt klimaks dövrünə keçirlər heç hiss etmirlər. Bu turşu paxlalılarda olur. Gərək paxlalılar qidamızda çox olsun. Bizim qadınlar isə ancaq ət, toyuq, kartof yeyir. Ona görə klimakterik dövrdən sürətlə sümüklərin sıxlığının azalması, osteoparez inkişaf edir. Ordan da oynaqlarda artrozlar başlayır. Oynaqlarda ən çox yük düşən nahiyə ayaqlardır. Üstəlik o xəstələrin 99%-i artıq çəkilidir. Bunları təsəvvürünüzə gətirsəz, görərsiz ki, bizim işimiz necə çətinləşir. 

Kişilərdə artrozlar az əmələ gəlir, onlarda səbəb yeyib yatmaq, az hərəkətlilik, bütün gününü maşında keçirməkdir. 

 


-Bəs az yaşlı uşaqlarda niyə revmatoid artritlər yaranır? 

-Uşaqlarda revmatoid artrit dünyada etiologiyası məlum olmayan xəstəlikdir. Nə varlıya baxmır, nə kasıba. Bu halda biz yalnız remissiya ala bilirik. Xəstənin həyatının bir qədər ağrısız, normal olması üçün çalışırıq. 

Təəssüf ki, Azərbaycanda revmatoid artritli uşaqların sayı çoxdur. Və heyiflər olsun ki, burda həkimlərimizin səhvi böyükdür. Revmatoidli uşaq görən kimi, onu hormonal müalicəyə otuzdururlar. Ömür boyu o dərmanlar atmalıdır. O uşaq 14-15 yaşa çatandan sonra elə vəziyyətə düşür ki, özünə ölüm arzulayır. Bizim elə xəstələrimiz var, 20-23 yaşlı var, bütün oynaqları deformasiya olunub, sümüklər dağılıb, oynaqlar sıradan çıxıb. İnsanın yaşama səbəbi qalmayıb. 18-20 yaşlı gəncin yatağa məhkum olması böyük dərddir. Bu məhkumluğun da bir günahkarı həkimlərdir. 

Bu xəstəlik körpə doğulan kimi bilinmir, 3-4 yaşından sonra bəlli olur. Valideynlərə demək istərdim ki, uşaqda belə xəstəlik aşkarlayan kimi hormonal müalicədən imtina etsinlər. Çünki bunun sonu yaxşı deyil.

 


-Hazırda insanların ağrıyan belinə, dizinə müxtəlif iynələr vurulması da dəbdədir. Baş ağrısına, dizlərə, oynaqlara müxtəlif preparatlar yeridilir. Buna münasibətiniz necədir?

-Proloterapiya var ki, digər inyeksiyalara baxanda ən ziyansızıdır. Elə də böyük effekti yoxdur, müvəqqəti olaraq ağrını azaldır. Lazım olanda proloterapiya edirik. Azərbaycanda 2010-cu ildə ilk dəfə proloterapiyanı biz etmişik. Amma bu metod biotənzimləyici terapiyaya çox mərhələdə uduzur. Bizim tətbiq etdiyimiz metodlar ondan 10dəfə güclüdür. Proloterapiya daha çox 1-2 ci dərəcəli artrozlarda tətbiq oluna bilər, həm də ucuz başa gəlir. 3-4 dərəcəli artritlərdə, revmatoid artritlərdə, podaqrada proloterapiya çox zəifdir. Burda tamam başqa müalicələr lazımdır. 

 


-Həkim, bəs el arasında oynaqlarıma, dizimə duz yığılıb, boynumda duz var, əridim. Nəsə içim, nəsə sarıyım kimi metodlara fikriniz necədir?

-Bu da bizim millətə xas yanaşmadır. Pasiyent gəlir ki, duzlu, şoraba çox yemişəm, dizimə duz yığılıb. Oynaqlara, boyuna duzun yığılması absurd fikirlərdir, heç bir əsası yoxdur. Çox duzlu yeməyin bədənə ziyanı var. Amma oynağa heç bir təsiri yoxdur. Oynaqda duz yığılıb sözünün kökündə nə dayanır? Oynaqda iltihab başlayanda orda osteofitlər toplanır. Onların tərkibi də əsasən kalsiumdur. Orda duz yoxdur. Biz duz əritmirik. Biz zədələnmiş oynağı bərpa edirik.


Oynaqlara qar, yağışın, rütubətin, nəmişliyin, soyuğun təsiri fikri də kökündən yanlışdır. Hamısı mifdir, uydurmadır. Hava dəyişəndə sümüklərin ağrımasının başqa səbəbləri var. Minlərlə xəstəlik var ki, hava yağışlı olanda sizə ağrı verə bilər. Bu meteohəssalıqdır. Bizdə revmatizmalı xəstələr də sözdə çoxdur. Hər adamda revmatizm olmur. Revmatizma çox ağır xəstəlikdir. Elə hər sümüyü ağrıyan revmatizmam var deyir- bu da bir mifdir. Uşaqlıqdan revmatizmam var deyənlər var ki, heç revmatizmi yoxdur. Bu da şüurumuza yeridilən əsassız fikirlərdir. 

 


-Anaların uşaqlarına kalsium preparatları verməsi sümükləri bərkidirmi? Ya elə yaşlı insan – sümüklərini qorumaq üçün kalsiumlu preparatlar qəbul edərsə, faydası olarmı?

Kalsium preparatlarının sümük oynaq sisteminə heç bir faydası yoxdur. Kalsium bağırsaqlarımızla xaric olub gedir, uzağı böyrəklərimizə çöküntü verir, damarlarda toplanır. O kalsium hər yerdə toplana bilər, təksə sümükdən başqa. Ona görə bu preparatların qəbulu da mifdir. Kalsiumu biz təbii olaraq yeməklə almalıyıq. Əgər sümükdə ərimə baş verirsə yanaşı bifosfonat qəbul etmək lazımdır, o da həkim məsləhəti ilə. Rentgendə osteoporoz diaqnozu qoyulmur. Bütün dünyada osteoparozun bir diaqnostika üsulu var- destimetriya. Klimakterik dövrdə bu aparatda bir dəfə yoxlanılır. Yumurta qabığını üyüdüb yemək, sümüklü yeməklər yemək absurddur. Yemək, içməyin sümüklərə heç bir zərəri ya faydası yoxdur. Spirtli içkilər, qazlı sular – sümüklərin əsas düşmənidir. Nə istəyirsiz, yeyin, artıq çəki almamaq şərtilə. Bir də qadınlarımız çalışsınlar, paxlalı məhsullar çox yesinlər. 


-Sizi şoka salan son xəstə və müalicəsi...

-Bir ağır xəstəmiz var, 50 yaşlarında xanım idi. 4-cü dərəcəli deformasiyalar başlamışdı, əlil arabasında gəlmişdi. Gələn ay qızının toyudur, onu ayağa qaldırdıq. Əsas istəyi odur ki, qızının toyunda oynasın. Bu xəstə illərlə həm Azərbaycanda, həm xarici ölkədə hormonal müalicə alıb. Biz onu bu dərmanlardan ayırmışıq. İndi hələ ki, əl ağacı ilə hərəkət edir. Inşallah 1 aydan sonra qızının toyunda oynaya biləcək. 

 


 

  Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

 


Oynaqlara, boyuna duz yığılması absurd fikirdir...  Kalsium preparatının sümüklərə faydası yoxdur-  Revmatoloqdan şok açıqlamalar