Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaq və sümük ağrısı olanlar bu qidalardan - uzaq durmalıdır

  • 2022.06.06 16:41
  • 2890 Baxış
Oynaq və sümük ağrısı olanlar bu qidalardan  -    uzaq durmalıdır


Amerikalı dietoloq, tibb elmləri namizədi Molli Hembri oynaq və sümük ağrılarını artıran bəzi qidaları açıqlayıb.

Bakupost.az xəbər verir ki, həkim oynaqlardakı ağrını azaltmaq üçün süddən imtina etməyi tövsiyə edir.

Oynaq ağrılarını 4 qida artırır. Birinci kateqoriya süd və süd məhsullarıdır. Bura qaymaq, kərə yağı, kozeinli məhsullar aiddir. Onlar oynaqlarda iltihabı artırır.

Sümüklərdə ağrı və sızıltı zamanı qırmızı ət, qızarmış ət yeyilməməlidir. Bu qidalarda olan purin sidik turşusunu artırır. Hamburger, kolbasa, sosis, burgerlər qadağandır.

Oynaqda ağrısı olanlar şirin qazlı içkilər və sodalı içkilər içməməlidir. Bunlar sümük ehtiyatını azaldır. Artriti gücləndirir.
Nəhayət 4-cü kateqoriya – dəniz məhsullarıdır. Bura tuns, sardina, krevet, ançouslar, krab aiddir.


Onlar sidik turşusunu artırır, oynaqlarda kristallar toplanmasına səbəb olur”.


Aygün Musayeva
BakuPost