Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oynaq ağrılarına qarşı yovşan yağı

  • 2023.05.23 18:32
  • 3506 Baxış
Oynaq ağrılarına qarşı yovşan yağı
Xalq təbabətində yovşanın yağından, şirəsindən kompesslər kimi geniş istifadə olunur. Yovşan əsasında hazırlanan preparatlar oynaq ağrıları - artrit, artroz, revmatizm xəstəliklərinin müalicəsi üçün sınaqdan keçirilib.


Yovşanda olan birləşmələr artrit, artroz, revmatizm və podaqra ilə mübarizə aparmağa kömək edir.

“Medicina” oynaq ağrıları üçün yovşanlı reseptləri təqdim edir:

- Yovşan yağı hazırlamaq. Aptekdən alınmış dərman yovşanın üzərinə yarım litr təmiz bitki yağı tökün, 40 gün günəşdə saxlayın. Zamanla silkələyin. Dizlərdə, qollarda gündə 2 dəfə kompress edin.

- Təzə yovşanın yarpaqlarını toplayb yuyun və ət çəkən və ya şirəçəkən maşından keçirdin. Yaranan mayeyə tənzifi batırıb, oynağa qoyun, üzərindən politelin torba qoyub sarıyın. Gecə də bir dəfə kompres edin.

- Dərman bitkilərinin istifadəsi bədəni faydalı vitamin və minerallarla zənginləşdirməyə, maddələr mübadiləsini yaxşılaşdırmağa, xəstəliyin səbəbinə təsir etməyə və inkişafını yavaşlatmağa imkan verir.

Günay Quluzadə