Xalq təbabətində əsrlər boyu təbii bitki otlarından istifadə olunur. Onların düzgün istifadəsi vacibdir.
“Medicina” oynaq ağrıları üçün effektiv reseptləri təqdim edir.
1 . Qıtığotu (xren) yarpaqları - bir yarpaq qıtığotu götürün, yuyun və yarpağın yan hissəsini ağrılı yerə qoyub, perqamentlə bağlayın.
2. Bir litrlik bankaya dandelion çiçəkləri (asqılar) və spirt tökün, 30 gün qaranlıq yerdə qalsın. Dandelion çiçəkləri may ayında yığılır. Oynaq ağrıları üçün sürtmə kimi istifadə olunur.
3. İki xörək qaşığı cavan qarağac qabığını emal olmuş qabın içərisinə əlavə edib, iki stəkan qaynar su tökün. Zəif bir atəşə qoyun və ağzı qapalı olaraq qaynadın. 30 dəqiqə sora çıxarın, süzün. Sonda bölərək 4 dəfə yeməkdən bir saat əvvəl qəbul edilir.
4. Yasəmən çiçəkləri - şüşə qaba sıx şəkildə doldurulur,spirt əlavə olunur. 21 gün qaranlıq yerdə saxlanılır. Sonra aqrıyan nahiyyələrə qoyulur.
5. Yasəmən çiçəkləri,dandelionun üzərinə bərabər nisbətlərdə araq töküb, 1 ay saxlayın. Sonra ayaqlarınızı və əllərinizi bu məhlulla hər axşam ovuşdurun.
6. Atpıtrağı yarpağı, gicitkən, dadaleon və yasəmən çiçəklərini eyni miqdarda bir litr bankada0,5 litr spirt, yaxud araq əlavə edib,bir müddət saxlayın. Sonra aqrıyan nahiyyələrə sürtün.
7) Tünd şüşə butulkaya ağ yasəmən çiçəkləri yığın,tam doldurun və araq tökün. 20-30 gün dəmlənməsinə icazə verin. Oynaq və əzələ ağrıları üçün istifadə edin.
Günay