Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oyaq halda xəstəyə beyin əməliyyatı olundu

  • 2023.04.05 16:15
  • 1784 Baxış
Oyaq halda xəstəyə beyin əməliyyatı olundu
Türkiyədə tibdə nadir narkozsuz beyin əməliyyatı icra edilib.

"Medicina" xəbər verir ki, beyin şişi xəstəsi İsmail Subaşı təcili əməliyyata alınıb.

Aparılan müayinələr nəticəsində şişin beynin təhlükəli hissəsində olduğu aşkarlanıb və əməliyyatdan sonra iflic olma riski yüksək qitmətləndirilib.

Ona görə də, professor neyrocərrah Mehmet Ali Ekici xəstənin huşu özündə olan halda əməliyyat qərarı alıb.

Əməliyyat zamanı yeni MRT - dən istifadə edilib.

Xəstənin oyaq halda əməliyyat zamanı videosu da çəkilib.

Əməliyyat uğurla başa çatıb.


Aygün Musayeva