Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev bir neçə gündür, süni tənəffüs aparatına qoşulub.
Medicina.az xəbər verir ki, aktyorun həyat yoldaşı, memar Nigar Seyid öz sosial şəbəkə hesabında onunla bağlı paylaşım edib.
O, övladı ilə birlikdə çəkilmiş fotosunu paylaşıb. Nigar fotoya “Oyanmadın” şərhini yazıb.
Xatırladaq ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.