Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oyananda ilk uşaqlar və pərəstişkarlarım yadıma düşdü – Madonna

  • 2023.07.13 16:12
  • 1254 Baxış
Oyananda ilk uşaqlar və pərəstişkarlarım yadıma düşdü  – Madonna
Müğənni Madonna xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə açıqlama verib və pərəstişkarlarına təşəkkür edib.


“Medicina” xəbər verir ki, sənətçi oyandıqdan sonra ilk ağlına gələn uşaqlar və pərəstişkarları olduğunu etiraf edib.


“Müsbət enerji, dualar, şəfa və ruhlandırıcı sözlər üçün təşəkkür edirəm. Mən sizin sevginizi hiss etdim. Mən sağalma yolundayam və həyatımdakı bütün nemətlərə görə inanılmaz dərəcədə minnətdaram”.


Müğənni kimisə məyus etməkdən nifrət etdiyini də əlavə edib.

Müğənninin sözlərinə görə, o, hazırda bütün diqqətini sağalmağa cəmləyib və bacardıqca tez bir zamanda səhnəyə qayıdacaq. Eyni zamanda müğənni xəstəxanada olmasının səbəbini açıqlamayıb.

İyunun 28-də Madonna huşsuz vəziyyətdə tapılıb və təcili olaraq Nyu-York xəstəxanasına aparılıb. Onun meneceri Guy Auceri sosial mediada ifaçının "ciddi bakterial infeksiya inkişaf etdirdiyini, buna görə bir neçə gün reanimasiya şöbəsində qalacaq” açıqlaması verib.

Günay Quluzadə