Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI - - FOTOLARArı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı

  • 2019.10.09 17:03
  • 21927 Baxış
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Bakıda Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası keçirilir. 

Oktyabrın 28-dək davam edəcək yarmarkada 37 rayondan 120 ton bal, həmçinin digər arıçılıq məhsulları: arı südü, çiçək tozu, güləm satışa çıxarılıb.


Medicina.az-ın əməkdaşı Bal Yarmarkasına gedərək, orada təqdim olunan arı məhsulları və onların insan orqanizminə faydaları barədə Xudat rayonundan arıçılıq sahəsi üzrə mütəxəssis Aydın Rəşidovdan məlumat alıb.

Arının 14 adda məhsulu var onların 10-u qablaşdırılır, 4-ü qablaşdırılmır


Arı zəhəri


Arı zəhəri arının iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur. Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir. Ona görə də arı zəhəri ilə zəhərlənmə zamanı antihistamin preparatlarından istifadə olunur.



Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş yayılmışdır. Təbabətdə arı zəhəri natural, arı sancması ilə və ya müxtəlif preparatlar şəklində istifadə edilir. 


Son vaxtlar arı zəhəri oynaq revmatizminin, sinir xəstəliklərinin radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir.



Apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində istifadə edilir.




 

Propolis başqa adla Vələmum


Vələmum çox mürəkkəb tərkibə malikdir. Onun tərkibində 3%-ə qədər şan, ali karbol turşularının və ali spirtlərin qarışığı, bitki qətranları, efir yağları, bitki mənşəli fenollar, büzücü maddələr, polisaxaridlər, amin turşuları, mineral duzlar, qlükozidlər, anyibiotiklər, makro-mikroelementlər, vitaminlər və çoxlu sayda daha az miqdarda mürəkkəb üzvi birləşmələr vardır.


Pətəyə daxil olmuş zərərvericiləri arılar öldürür və yeşikdən kənara çıxartmağa çalışırlar. Bunu edə bilmədikdə zərərvericinin üstü butövlüklə mumla örtülür. Belə vəziyyətdə zərərvericinin cəsədi parçalanmadan və iylənmədən illərlə qala bilir. Vələmum yuvanı sudan qoruyur, yuvanın təmizliyini və sterilliyini təmin edir. Pətəkdə bakterisid atmosferin yaranması üçün 20-30 gram vələmum kifayətdir. 


Vərəmum xəstəliklərdən qoruyan çox güclü bir vasitədir. Arı ailəsini viruslardan, göbələklərdən, bakteriyalardan mühafizə edir, pətəkdə sağlam mikroklimat yaradır və pətəyin divarlarını dağılmaqdan qoruyur.


- Propolis orqanizmdəki bakteriyalarla mübarizə apararkən seçim edir. İnsan sağlamlığı üçün lazım olan bakteriyalara toxunmur, zərərvericiləri isə məhv edir. Bizim mütəmadi qəbul etdiyimiz antibiotiklərdə isə bu xassə yoxdur. Antibiotik orqanizmə daxil olduqda yararlı və zərərli seçimi etmədən bütün bakteriyaları məhv edir.


- Biz bilirik ki, sonradan qazanılmış xəstəliklərin 95%-i sinir sisteminin pozulması nəticəsində yaranır. Propolis isə sinir sistemini sakitləşdirir, yuxu rejimini qaydaya salır. Yuxu rejimi qaydasına düşdükdən sonra insan vaxtında yatır. Yuxu zamanı isə sinir sistemləri stabilləşir, xəstəliklər tədricən orqanizmdən xaric olunur.

 



 

Çiçək tozu


Çiçək tozu çiçəklərin erkəkciklərinin tozudur. Arı çiçək tozunun bir dənəsini toplamaq üçün minə yaxın çiçəyə qonur,  gətirir və istifadə edir. Çünkü arıya şirədən başqa zülal da lazımdır və o bu zülalı çiçək tozundan əldə edir. 


Zülaldan əlavə vitaminlər, amin turşuları, flaovonoidlər, ümumiyətlə canlı orqanizmin yaşaması və inkişafı üçün lazım olan bütün yararlı maddələr çiçək tozunda vardır. Bu qədər bol faydalı maddə ilə zəngin olmasının səbəbi erkəkcik dişiciklə mayalananda həmin çiçəyin nəsil artımı üçün vacib olan bütün elementləri özündən ifraz etməsindədir. Bu həm də insan orqanizmində paralel funksiyanı yaradır. 


İştah gətirmə xüsusiyyətindən tutmuş maddələr mübadiləsinin düzgün getməsinə qədər bütün prosesləri nizamlayır.

Kosmonavtlar yemək orqanizmlərində tam şəkildə həzm olunsun deyə çiçək tozu, arı südü və bal qarışımından ibarət məhlulu yeməkdən sonra qəbul edirlər. Gün ərzində istənilən vaxt qəbul edilə bilər. 


Qəbul qaydası: 1 çay qaşığı çiçək tozunu dilimizin altına səpirik və o, yavaş-yavaş sovrulur. 1 çay qaşığı normadır, artıq doza isə məsləhət deyil. Çünkü vitaminlərlə zəngin olduğu üçün orqanizmdə vitaminlər çoxluğu əmələ gətirə bilər.

 



 

Güləm


Bal arıları çiçəklərin yetişmiş erkəkciklərini toplayır, ayaqlarındakı səbətlərə yığır və pətəyə daşıyırlar. Şanlarda mumdan hörülmüş, vələmumla ( propolislə ) dezinfeksiya edilmiş , arıların ağız və bağırsaq şirəsi ilə suvanmış bir kasacıq hazırlayırlar. Yuvada uzun müddət keyfiyyətli qalması üçün arılar topladıqları çiçək tozunu da ağız və bağırsaq şirəsi ilə, yəni xüsusi fermentlə qarisdirib bu kasaciqlara yığırlar. Uc tərəfdən mum, üst tərəfdən balla bağlı olan kasacıqda çiçək tozunun kimyəvi çevrilməsi , reaksiya gedir. Nəticədə müxtəlif çiçəklərdən toplanmış mikroelementlərlə zəngin olan "arı çörəyi” ilə qidalanan cavan işçi arıların süd vəziləri süd istehsal edir. Güləmlə qidalanan arı sürfələrinin kütləsi 3 gündə 1500 dəfə artır. Təbiətdə digər belə qida mövcud deyildir.

Güləmin faydasına gəldikdə tərkibində olan rutinin hesabına ürək-damar xəstəliklərində effektivdir. O kapilyarların divarlarını möhkəmləndirir. Maddələr mübadiləsinə təsir edərək bioloji katalizator rolunu oynayır. 


Güləm qaraciyər xəstəliklərində (hepatitlər), mədəaltı vəz xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, cinsi zəisflik, Beyin qan dövranı pozulması, yumutalıqların fəaliyyətinin zəifləməsi, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı sınanılmış və effektiv təsir göstərir. Güləmin istifadə qaydası: 150 q qaynadılmış suya (35-40 dərəcə) bir çay qaşığı güləm və bir çay qaşığı bal qarışdırıb tənzifdən süzməli. Səhər yeməyindən 1 saat əvvəl kiçik porsiyalarda qəbul etməli.




 

Arı südü


Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə yalnız arı südü ilə qidalanan ana arıdır, çünki normal arılar 45-50 gün yaşayarkən, ana arılar 5 il yaşayır. Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər. Xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.


- Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur

- Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır

- Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır

- Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur

- Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır

- Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir

 



 

Şan balı

 

Arı bal çərçivələrinin hücrələrinə balı yığandan sonra onu özü üçün yığır ki, qışda ondan qidalansın. Maraqlısı budur ki, uzun müddət qalması üçün mum və ağzından buraxdığı fermentin qarışımından ibarat maddəylə balın üstünü örtür. Həmin örtülən təbəqəyə arıçılar möhür təbəqəsi deyirlər. Bu qarışımdan hazırlanan "Möhür” bal deposuna yad cisimlərin, mikrobların və s. girişini qadağan edir. Balı süzmək üçün möhür təbəqə kəsilir, bal tamamilə axıdılır. Kəsilən möhür isə toplanır və təbabətdə istifadə olunur. Möhür təbəqəsi çeynənərək qəbul edilir. O, dişdə olan bütün xəstəlikləri təmizləyir, damağın möhkəmlənməsinə kömək edir, immun sisteminin inkişafına, xəstəliklə mübarizədə faydalıdı.

Möhür təbəqəni çeynəyib udduqda o, birbaşa mədəyə daxil olur. Mədədə olan qızartı, səpkilər, qastrit və mədə xorası kimi xəstəliklərin bir nömrəli dərmanıdır. Çünkü möhür həmin yaraların üstünü örtür və tədricən müalicə edir.


İonlaşmış arı havası ilə müalicə


Arının yeşiyində olan havaya "İonlaşmış arı havası” deyilir. Həmin hava ionlaşmış hava ağciyər xəstəliklərinə xeyirlidir. 

Müalicə proseduru isə belədir: Əvvəlcə yeşiyin üzərində dəlik açılır. Xüsusi borulu maska ağıza taxılır. Borunun bir ucu maskaya, digər ucu isə yeşikdə açılan dəliyə qoşulur. Xəstə həmin hava vasitəsilə 15 dəqiqə ərzində nəfəs alıb-verir. Bu proses ərzində ağciyərə müsbət yüklü hissəciklər daxil olub mənfi yüklü hissəcikləri sıxışdırıb çıxardır. Və beləliklə ağciyərdə olan xəstəliklər tədricən yox olur. 

Bu müalicə üsulundan hal-hazırda Qaxda və Qubada istifadə edilir.

 



 

Arı vızıltısı ilə müalicə


 İnsan doğulanda onun ilk çıxartdığı səsin komertonla dalğa tezliyini ölçən mütəxəssislər 432 hers olduğunu müəyyən ediblər. Başqa bir məqam budur ki, musiqi alətlərini kökləyəndə də 432 hersə uyğun "Lya” notu alınır. Bu isə bizim lay-lay dediyimiz lya ilə oxşar alınır.  Lya insanın ürəyinə uyğun tezlikdir.

Körpə doğularkən 432 hers tezliklə doğulsa da daha sonra yaşadıqca tezlik dəyişir və xəstəliklər baş qaldırır. Bu prosesi bərpa etmək üçün insanın doğulduğundaki tezliyi bərpa olunmalıdır. 

Bu tezliyi qaytarmağın yolunu isə alimlər " Arı vızıltısı " ilə müalicədə görürlər.

Beləki, arı yuvasında olarkən 1 saniyədə 216 dəfə qanad çırpır. Səs tezliyi isə çırpınışla paraleldir. Yəni 1 saniyədə 214 hers. İki qanadın tezliyini topladıqda isə bizim üçün lazım olan " 432 hers " tezlik alınır. Bu müalicə üsulundan yararlanmaq üçün arı evlərinə gedilməlidir. 

Yeşiklər yan-yana qoyulduqdan sonra xəstə yeşiyin üzərinə uzadılmalıdır. Daha sonra yeşiyə daxil olan arı başlayır qanadlarını çırparaq öz işini görməyə. Həmin vaxt isə inan orqanizmi bu çırpmalara həssaslıq göstərir və tezlik tədricən yenidən 432 hers olur. Lakin insan özü bu çırpmaları həmin vaxt hiss etmir, sadəcə səsini eşidir. Bu dalğa insan orqanizminin bütün hüceyrələrinə təsir edir. Müalicəsi yalnız Rusiyada istifadə edilir.

 



 

Arı xitozanı


Arı xitozanı bəzən "podmor” da adlanır. Arı xitozanı ekstraktı həkim-apiterapevtlər tərəfindən hazırlanır. Orqanizmdən artıq piyləri, xolesterini təmizləyir, qaraciyərin yükünü azaldır.

Orqanimzin infeksiyaya qarşı davamlığını artırır. Bağırsağı toksiki maddələrdən təmizləyir, bağırsaq polipi, xərçəng əmələ gəlmə riskini azaldır. Güclü absorbent olduğu üçün köp əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki məhsullara qarşı fərdi həssaslıq riski vardır.

 



 

Balın qaymağı və ya zabrus


Balın qaymağı mikroelementlər, üzvi turşular, arı məhsullarının izləri, vitaminlərlə zəngin məhsuldur. Diş əti xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, tüpürcək vəzi patologiyaları, sinusitlər zamanı effektiv təsirə malikdir. Ağız qoxusunu təravətləndirici xüsusiyyətləri var. Qida əlavəsi kimi yeyilir, iltihablı xəstəliklərdə 15 dəq çeynəmək və udmaq tövsiyə olunur. 

Bundan əlavə Bal yarmarkasında ən qiymətli bal növləri, qarışıq ballar və yeni bal növləri satışa çıxarılıb.  Arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub.

Balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir.


Buna baxmayaraq, siz hər baldan az-az, eləcə də adlarını qeyd etdiyimiz məhsullardan qış üçün ehtiyata ala bilərsiz.

 


 





 


 


 


 


 


Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı
Çox xəstəliklərin dərmanı: BAL YARMARKASI -  - FOTOLAR Arı zəhəri, südü, çiçək tozu, güləm, bal qaymağı