İdman, həyəcan və ya qorxu kimi anlarda insan bədəni tərləyərək reaksiya verir. Ancaq bədəndə olan tər vəzlərinin fəaliyyəti bəzən həddindən çox olur. Tərləmək halları çox diqqətə alınmasa da, bu bir çox xəstəliklərin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, Memorial Şişli xəstəxanasının Daxili Xəstəliklər bölməsinin mütəxəssisi Mahmut Demirci mövzu barədə çox maraqlı məqamları açıqlayıb: "Bəzi insanlar yay fəsli bitsə də, yenə çox tərləyirlər. Tər vəziləri insandan asılı olmayaraq inkişaf edir. Vücudda 2-4 milyon qədər tər vəziləri vardır. Qadınlarda isə kişilərə nisbətdə daha çoxdur. Ancaq buna baxmayaraq vəzlər kişilərdə daha aktivdirlər.
Qida rejimi tərləmənin səbəbi ola bilər. Daha çox hormonal pozğunluğun yaratdığı tərləmə zamanı maddələr mübadiləsini sürətləndirən xəstəliklər yoxlanılmalıdır. Tiroid vəzinin çox çalışması çox tərləməyə səbəb yaradan xəstəliklər sırasındadır. Qaınlarda klimaks sonrası da hədsiz tərləmə halları müşahidə edilə bilər. Kafein, ədviyyatlı qidalar da tərləməni artıra bilər.
Tər vəzilərinin artıq çalışmasının səbəbi aşağıdakı xəstəliklər ola bilər:
- Ağciyər xəstəlikləri
- Qızdırma, infeksiyalar
- Uşaqlarda C və D vitamin əksikliyi
- Diabet
- Qan şəkərinin düşməsi
- Ürək –damar problemləri
- Bəzi xərçəng növləri
- Tiroid hormonu
- Ağrıkəsici, qızdırma salan, antidepressant dərman növləri
Əgər tərləməklə yanaşı sinə ağrısı, nəfəs darlığı, kilo itkisi varsa qısa zaman ərzində həkimə baş vurmalısınız. Müalicə növləri isə tərləmənin səbəbinə görə fərqlidir. Əsas səbəb aşkar edilməlidir və qaynağı müalicə etmək üçün dərman resepti yazılmalıdır.
Qeyd edək ki, dərman müalicəsi ilə yanaşı cərrahi müdaxilələr də mümkündür.
Cərrahi üsul 2 növdə- tər vəzilərinin çıxardılması və sinir əməliyyatı olaraq aparıla bilər. Hədsiz tərləmə sadəcə qoltuq altında baş verirsə, bu nahiyə çox kiçik kəsilərək vəzlər azaldıla bilər. Üz, əl də hədsi tərləyirsə, səbəbi araşdırıldıqdan sonra, tərləməyə səbəb olan sinir kökləri əməliyyat vasitəsilə götürülür. Bu nahiyədə olan tərləmələr dayandırılır. Bəzən isə bu əks göstərişlər verə bilər. Belə ki, bir nahiyədə tərləmə dayandığı təqdirdə digər nahiyədə daha çox arta bilər.