Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox su içməyin zərəri var... - İzahat

  • 2019.02.22 13:48
  • 23243 Baxış
Çox su içməyin zərəri var... -  İzahat

İnsan bədəninin 95%-i sudan ibarətdir. Bədəndə baş verən bütün kimyəvi proseslər su vasitəsilə haəyata keçir. Buna görə də bir çox mütəxəssislər gün ərzində 3 litrə yaxın su içməyi məsləhət görürlər. 


Medicina.az bildirir ki, bəzi həkimlər isə bu miqdarın həddən artıq çox olduğunu bildirirlər. 


Çox su içmək əslində orqanizmə zərərdir


İnsanların orqanizmləri fərqli olduğu kimi onların tələbatları da fərqli olur. Bu fərqin səbəbi hərəkətli və ya sakit biri olmaqla bitmir. Elmi araşdırmalar çox su içməyin əslində, hər hansı bir faydasının olmadığını üzə çıxarıb. Tələb olunduğundan çox su içmək qan təzyiqini yüksəldir və bir çox orqanların - ürəyin, böyrəklərin və s. işini çətinləşdirir.

 

İnsan gün ərzində yalnız tərləməklə təxminən yarım litr su itirir. Nəfəs yolu ilə bədəndən 237 millimetr, sidik ifrazat yolu ilə hər gün 1,4 litr su ayrılır.  Bütün bu rəqəmlər isə toplandıqda cəmi 2 litr edir. 


Gün ərzində suya olan tələbatı su içməkdən əlavə digər yollarla da ödəyirik.  Məsələn, yediyimiz tərəvəzlər, meyvələrin tərkibi 90% sudan ibarətdir. Çay qəhvə də bu siyahıya əlavə edildikdə bütün günü əlavə olaraq su içərək gəzmək bir qədər yersiz görünür. Əgər bədənin suya ehtiyacı yaranarsa, o zaman "susamaq” adlanan mexanizm işə düşür.


Bol su içərək arıqlamaq da yalnız bilinən bir haldır. Çünki bu zaman alının kalori ilə işlənən kalori arasındakı fərq daha əhəmiyyətli hesab edilir. 

 

Arzu

Medicina.az