Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 1 həftə sonra isə başqa səbəbdən öldüÇox öskürdü, bronxu ağzından çıxdı

  • 2018.12.08 11:14
  • 12400 Baxış
- 1 həftə sonra isə başqa səbəbdən öldü Çox öskürdü, bronxu ağzından çıxdı
Kaliforniyada həddən çox öskürən xəstənin bronxu ağzından çıxıb.


Medicina.az xəbər verir ki, bu unikal hadisə haqda Kaliforniya Universitetinin cərrahları məlumat veriblər. 


Belə ki, 36 yaşlı pasient xroniki ürək çatışmazlığı problemi ilə klinikanın reanimasiya şöbəsinə daxil olub. Xəstə "can üstdə” olub. Anadangəlmə aorta stenozundan əziyyət çəkən pasiyent daha əvəllər bir neçə çətin cərrahi əməliyyatlardan keçmişdi. Budəfəki əməliyyat zamanı onun aorta qapağı bioprotezlə əvəzlənib, genişlənmiş aortaya stend və kardiostimulyator  qoyulub. 


Əməliyyatdan sonra hospitalda qaldığı 1 həftə ərzində tənəffüs sisteminə düşən təzyiqin yüksək olması səbəbindən xəstə davamlı öskürərək qan və selik qaytarıb. Sonuncu dəfə baş verən güclü öskürək tutması nəticəsində sağ bronx ağacı bütöv şəkildə xəstənin ağzından çıxıb.


Hadisədən sonra həkimlər təcili şəkildə bronxu yenidən yerinə salıb və bronxoskopiya ilə onun vəziyyətini müayinə ediblər. Nəticədə sağ bronx şaxələrində çoxlu miqdarda qan aşkarlanıb. 2 gündən sonra həkimlər bronxdan borunu çıxarıblar. O gündən sonra xəstədə bir daha öskürək tutması olmayıb. Amma 1 həftə keçdikdən sonra həkimlərin səylərinə baxmayaraq xəstə ürək çatışmazlığından vəfat edib. 

 

Arzu

Medicina.az