Həftədə 45 saatdan çox işləyən qadınların şəkər xəstəliyinə yoluxma riski 60% daha çoxdur.
Medicina.az xəbər verir ki, bu, aparılan araşdırmalardan sonra məlum olub.
Alimlər 12 il ərzində 35-74 yaş arası 7065 qadın və kişinin sağlamlığına nəzarət ediblər.
Nəticədə məlum olub ki, həftə ərzində 45 saatdan çox işləyən qadınlar digərləri ilə müqayisədə şəkərli diabet xəstəliyindən 63% daha çox əziyyət çəkirlər.
Alimlər məsləhət görüblər ki, kişilər həftədə 47, qadınlar isə 34 saatdan çox işləməməlidirlər. Çünki qadınların işdən əlavə ev qayğıları da var.