Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox arıqlamaq təhlükəlidir - Az çəki bu xəstəliyi yaradır

  • 2018.05.09 22:23
  • 15016 Baxış
Çox arıqlamaq təhlükəlidir -  Az çəki bu xəstəliyi yaradır
Az çəki demensiya riskini artırır. Boston Universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib.


Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə elmi məqalə "Journal of Alzheimer’s Disease” jurnalında dərc olunub.


Alimlər bunun üçün ürəyin Freminqem müayinəsinin nəticələrini təhlil edib. Mütəxəssislər  xüsusi ilə yaşlı insanların 1979-1983-cü illərdəki həyat tərzini, onların demoqrafik göstəricilərini araşdırıb, kimlərə sonradan demensiya diaqnozunun qoyulduğunu öyrənməyə çalışıb.


Tədqiqat qrupu müəyyən edib ki, 50-60 yaşlarında olan insanlarda bədən çəkisi indeksi (insanın çəkisi ilə boyunun nisbəti)  aşağı olduqda, onun demensiyaya tutulma riski əhəmiyyətli dərəcədə artır.


Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.