Bir çox insanlar əvvəllər ovuc içi normal dəri rəngində olmasına baxmayaraq, sonradan əllərinin içinin qırmızımtıl rəng almasından şikayətlənir.
Bakupost.az xəbər verir ki, rusiyalı həkim kardioloq Viktoriya Lvovskaya bu simptomun 2 xəstəliyin əlaməti ola biləcəyini deyib.
" Qızarmış, qırmızı ovuclar 2 səbəbdən ola bilər: orqanizmin intoksikasiyası - toksinlə zəhərlənmə, qaraciyərdə problem.
Saralmış ovuc isə öd kisəsi yolları və ödlə bağlıdır.
Əllərin, ovucların çox tərləməsi qalxanvari vəzin hiperfunksiyasından xəbər verr.
Əllərin əsməsi, barmaqların uyuşması, hissiyatının itməsi nevroloji xəstəlikdir.
Ona görə insan əllərinə, barmaqlarına diqqətlə baxmalıdır, əgər hər hansı dəyişiklik, deformasiya varsa, mütləq revmatoloq və terapevtə müayinəyə gedin".
Aygün Musayeva
BakuPost