Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övliya Çələbinin “70 dərdin dərmanı” hesab etdiyi bitki

  • 2024.03.04 11:00
  • 904 Baxış
Övliya Çələbinin “70 dərdin dərmanı” hesab etdiyi bitki
Məşhur "Səyahətnamə"nin müəllifi Övliya Çələbi biyan kökünün “70 dərdin dərmanı” olduğunu yazıb.

Medicina.az biyan kökünün bəzi faydalı xüsusiyyətlərini təqdim edir:

-Biyan kökü həzm sisteminə faydalıdır. Mədə turşusunu tənzimləyir.

-Orqanizmdə iltihabın qarşısını alır.

-Oynaq və revmatizm ağrılarını azaldır.

-Öskürəyi kəsir, boğazı yumşaldır. Xüsusilə soyuqdəymə, qrip kimi xəstəliklər zamanı biyan kökünə üstünlük verilə bilər.

-İmmuniteti gücləndirir. Biyan kökü orqanizmdəki antioksidant fəaliyyətini artırır və immuniteti qalxan kimi qoruyur.

-Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəriyə də müsbət təsir edir. Ekzema və sızanaq kimi dəri xəstəliklərin aradan qaldırılmasında istifadə oluna bilər.

Bəs biyan kökündən necə istifadə etmək olar?

Çayını dəmləyib içərək boğazın qıcıqlanmasını və öskürəyi aradan qaldıra bilərsiniz. Biyan kökü çayı təzə və ya quru köklər qaynar suda qaynadılıb daha sonra soyumağa qoyularaq əldə edilir.

Biyan kökünün kapsuluna da üstünlük vermək olar.

Bu bitkidən ədviyyat kimi də istifadə etmək mümkündür. Bunun üçün onun qurudulmuş köklərini üyüdüb toz əldə edilir. Daha sonra bu tozu yeməklərinizə və içkilərinizə qata bilərsiniz.

Gül