Azərbaycanda övladlığa götürülən uşaqların əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq.
Medicina.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə "Övladlığa götürmədən sonra monitorinq” adlı yeni 119-1-ci maddə əlavə edilməsi təklif olunur.
Təklif edilən yeni maddənin 119-1.1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparacaq.
Məcəlləyə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.