Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övladına xəstəxanada Hepatit C yoluxduran həkimləri məhkəməyə verdilər – 10 milyon təzminat İDDİASI

  • 2019.05.10 15:40
  • 6494 Baxış
Övladına xəstəxanada Hepatit C yoluxduran həkimləri məhkəməyə verdilər –  10 milyon təzminat İDDİASI
Uşaq klinik xəstəxanasında övladlarına Hepatit C yoluxduğunu iddia edən valideynlər xəstəxana və personalı məhkəməyə verərək, təzminat iddiası qaldırıb.


Medicina.az xəbər verir ki, hadisə Rusiyanın Amur vilayətində baş verib.


İddiaçının tərəfində Rospotrebnadzor kimi dövlət qurumu da dayanıb. Onlar sənədlərlə sübut edib ki, uşaq xəstəxanaya hospitəlizə olunana qədər analizlərdində Hepatit C aşkarlanmayıb. 2018-ci ilin yazında uşaq Heoatologiya mərkəzində əməliyyat öncəsi analiz verdikdə, onda hepatit aşkarlanıb və buna görə əməliyyatdan imtina olunub. 


Uşaq xəstəxanası valideynin iddiasını qəbul etməyib və məsələ məhkəməyə qaldırılıb. 

Səhiyyə Nazirliyi ilə hüquq mühafizə orqanlarında sanitar-epidemioloji qaydaların pozulması maddəsi ilə iş açılıb. 


Xəstəxananın həkimi bildirib ki, hepatit C xəstələri olan uşaqlar bizim xəstəxanaya gələnə kimi Moskva, Sankt-Peterburq xəstəxanalarında da hemotransfuziya keçiblər. 


Lakin ekspertlərin arayışları göstərir ki, 94% hallarda yoluxma xəstəxanada epidemioloji baxımdan olub. Yəni, xəstəxanada infeksiyalaşmış tibbi instrument və materiallar yaxşı dezinfeksiya edilməyib, atılmayıb, təkrar istifadə olunub. 


Bu hadisədən sonra analoji iddia ilə daha 30 ailə müraciət edib, çünki onların da uşaqlarında Hepatit C aşkarlanıb və o uşaqlar da bu xəstəxanada bir müddət müalicə olunublar.