Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övladı olmayan cütlüyün əkiz bacı-qardaş olduğu üzə çıxdı- Kuryoz olay

  • 2022.07.20 16:14
  • 3008 Baxış
Övladı olmayan cütlüyün əkiz bacı-qardaş olduğu üzə çıxdı - Kuryoz olay


ABŞ-da süni mayalanma yolu ilə övlada sahib olmaq istəyən cütlük klinikaya gedərək DNT analizi verib. Nəticə təkcə onları yox, bütün dünyanı şoka salıb.



Medicina.az xəbər verir ki, Missisipidə baş verən bu hadisənin sorağı qısa zamanda bütün dünyaya yayılıb. Övladları olmayan cütlük çarəni süni mayalanmada görüb. Bu məqsədlə klinikada DNT analizi verən cütlüyün əkiz olduqları üzə çıxıb.

Bununla bağlı klinikanın həkimi İngiltərənin "San" nəşrinə açıqlama verib: "Müalicə müddətində adətən genetik keçmişi bilmək üçün qadın və kişidən DNT nümunələri götürürük. Bu, ənənəvi bir prosesdir və normalda iki nümunə arasında bağlılıq olub-olmadığına fikir vermirik. Ancaq bu dəfə laboratoriyanın assistentləri iki nümunədəki bənzərliyi görəndə təəccüblənib. Əvvəlcə onların qan qohumu olduqlarını düşünüblər. Ancaq genetik oxşarlıq qohumluqdan da uzağa gedən bir tablo ortaya çıxarıb. Hər iki xəstənin doğum tarixinin eyni olduğunu görəndən sonra onların əkiz olduğuna şübhə yeri qalmayıb".



Həkim bəxtsiz cütlüyə bu xəbəri verəndə onlar bunu zarafat kimi qəbul edib. DNT testinin cavablarını göstərəndən sonra onlar da şoka düşüb.

Mənbənin yazdığına görə, universitetdə tanış olan cütlüyün bioloji valideynləri avtomobil qəzasında həyatını itirdikdən sonra əkizlər fərqli ailələr tərəfindən övladlığa götürülüb. Ailələr də onlara əkizinin olduğunu bildirməyib.

Həkimin sözlərinə görə, əkiz cütlük gələcək üçün planlar qurmaqda davam edir. /publika.az/