Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övlad sahbi olmaq istəyən kişilər bu qidaları yesinlər – Həkim tövsiyəsi

  • 2024.05.16 14:38
  • 1121 Baxış
Övlad sahbi olmaq istəyən kişilər bu qidaları yesinlər –  Həkim tövsiyəsi
Araşdırmalara görə, yağla zəngin və sağlam olmayan tərzdə qidalanan kişilərin övlad sahibi olma şansı əhəmiyyətli dərəcədə azalır.

Medicina.az xəbər verir ki, Dos. Dr. Çağcıl Yetim təkcə qadınların deyil, övlad sahibi olmaq istəyən kişilərin də qidalanmalarına fikir verməli olduqlarını bildirib.

“Tədqiqatlar göstərir ki, nizamsız qidalanan kişilərdə sonsuzluq riski daha yüksəkdir. Yüksək yağlı qidalanma kişilərdə ağ piy toxumasını artıraraq sonsuzluq riskini artırır. Kişilərdə qarın piylərinin çox olması peptid hormonunun həddindən artıq ifrazına səbəb olur. Bu hormonun yüksək səviyyədə olması isə testosteron, FSH və LH kimi reproduktiv hormonların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Son araşdırmalarda bu vəziyyətin sonsuzluğa da səbəb ola biləcəyi müəyyən edilib. Ağ piy toxuması daha çox bədənin daxili orqanlarının ətrafında toplanır. Bu vəziyyət sperma hərəkətlərini ləngidir və sonsuzluğa səbəb olur”, - deyə doktor qeyd edib.

Onun sözlərinə görə, sperma hərəkətini sürətləndirən qidaların qəbulu sonsuzluq riskini azalda bilər:

“Güclü antioksidant olan pomidor və nar sperma hərəkətliliyini artıraraq sonsuzluqla mübarizə aparır. Pomidorda çox güclü antioksidant olan likopen piqmenti də övlad sahibi olmaq şansını artırır. Araşdırma zamanı 12 həftə ərzində gündə 30 mq likopen ehtiva edən pomidor şirəsi içən kişilərdə (təxminən 320 q pomidor şirəsi) sperma hərəkətliliyi artıb. Pomidor, qarpız, qreypfrut, portağal, quava və itburnu likopenlə zəngin olan məhsullar arasındadır. Pomidorları bişirmək likopenin miqdarını artırır. Nar və nar şirəsi yüksək miqdarda antioksidant ehtiva etdiyi üçün sperma sayını və sperma hərəkətliliyini artırır”.

Həkim bunlardan əlavə, mal əti və dana qaraciyərinin, eləcə də paxlalılar, balıq (əsasən somon), qabıqlı dəniz məhsulları, qoz, fındıq, badam, fıstıq, ananas, yumurta kimi qidaların da bu baxımdan faydalı olduğunu diqqətə çatdırıb.

“Bunları istehlak etməklə A vitamini, B12 vitamini, fol turşusu, selen və sinkə olan gündəlik tələbat qarşılanır, beləliklə sperma keyfiyyəti və hərəkətliliyi artır”, - deyə Çağcıl Yetim vurğulayıb.


Aysel