Ovucda olan xətlərin araşdırılması ilə məşğul olan elm xiromantiya adlanır. İlk dəfə Çində yaranan xiromantiya sonradan bütün dünyaya yayılıb. Xiromantiya sayəsində insanın sağlamlığı, ömür yolu barədə də məlumat almaq mümkündür.
Medicina.az xəbər verir ki, baş barmaqda təpəciyin üzərində yerləşən dəqiq, aydın görünən xətt həyat xətti adlanır. Bu xətlər hər iki əldə nə qədər dərin və uzundursa, bu, insanın bir o qədər sağlam və uzun ömürlü olmasından xəbər verir.
•Qısa və güclə seçilən xətlər insanın zəif enerjisindən xəbər verir
•Qısa, amma aydın görünən xətlər aşağı immunitetin göstəricisidir.
•Uzun xətlər insanın düzgün həyat tərzi keçirdiyindən və özünün öz həyatını uzatdığından xəbər verir.
•Qırıq-qırıq xətlər isə insanın xəstəlikdən sağalaraq yenidən yaşamağa başladığının göstəricisidir.
Bir çox xiromantlar sağlamlıq xəttini əhəmiyyətli hesab etmirlər. Onlar düşünürlər ki, sağlamlıq insanın yaşayış şəraitindən, məşğuliyyətlərindən, ümumilikdə həyat keyfiyyətindən asılı olan məsələdir.
Bəziləri isə hesab edir ki, idmanla məşğul olaraq orqanizmi qüvvətləndirmək, əlbəttə ki, mümkündür, amma möhkəm bədən və yüksək immunitet insanla birlikdə doğulur.
Başqa sözlə - Sağlamlıq Merkuri xətti çeçələ barmaqdan aşağıya doğru istiqamətlənir. Çox vaxt bu xətt ovuc içində olan bir neçə vacib xətti kəsən bir neçə xətdən ibarət olur.
Xiromantlar ovuc içinə baxaraq insanın gələcək həyatında onu gözləyən bir çox xroniki və kəskin xəstəliklərdən xəbər verə bilirlər.
Arzu
Medicina.az