Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ovcunda qara nöqtə gördüyünüz qadın təhlükədədir – Gizli siqnal

  • 2018.04.02 15:55
  • 12985 Baxış
Ovcunda qara nöqtə gördüyünüz qadın təhlükədədir –  Gizli siqnal
Dünyada, həmçinin Azərbaycanda ildən-ilə ailə məişət zorakılığına məruz qalan qadınların sayı artmaqdadır. Hətta ailə içincdə baş verən zorakılıqdan qadının yaxınlarının belə xəbəri olmur, kiçik bir şübhəli məqam da nəzərə çarpmır. Qadınlar cəmiyyətə öz problemlərini açmır, qorxur, çəkinir, amma nə vaxtsa bu zorakılığın bitməsini gözləyir. 


Hazırda dünyada İrlandiyalı fəalların zorakılığa məruz qalan qadınlara dəstək məqsədilə " QARA NÖQTƏ” adlı aksiyası start götürüb. 

İdeya ondan ibarətdir ki, zorakılıq qurbanı qadın ovcunun mərkəzində qara nöqtə çəkir və öz fotosunu elə çəkir ki, ovcunun içi görünsün. Bunu elə etməlidir ki, şübhələndirməsin. Bu fotonu sosial şəbəkəyə qoyur. 


Bu işarənin köməyilə qadının təhlükədə olduğunu görüb,  kömək çağırılacaq. 

Əgər siz də ovcunda qara nöqtə olan qadın fotosu görsəniz, polisə xəbər verib, kömək etməyə çalışın.