Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oturaq işdə çalışanlarda şəkər və təzyiq xəstəliyi yarana bilir

  • 2022.08.25 14:12
  • 1834 Baxış
Oturaq işdə çalışanlarda şəkər və təzyiq xəstəliyi yarana bilir

“Oturaq iş rejiminin insan orqanizminə vurduğu fəsadlar arasında ilk növbədə metobolik sindrom qeyd edilməlidir. Oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır. Daimi olaraq oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi (skolioz) və xalq arasında boyun kirəclənməsi (duzlaşması) kimi tanınan osteoxondroz xəstəlikləri baş verir.

Həmçinin, belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil (hemorroid) kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur".

Medicina az. xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Nuranə Əliyeva məlumat verib.

Həkim bildirib ki, sadalanan problemlərin qarşısını almaq üçün ilk növbədə, iş şəraitini dəyişmək mümkündürsə, dəyişdirilməlidir. Lakin əksər hallarda bu qeyri-mümkün olur.

Ona görə də yaxşı olar ki, iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə müddətində göz əzələlərini də məşq etdirmək lazımdır. İmkan daxilində yüngül idman hərəkətləri edin. Ən yaxşı üsullardan biri də gündəlik, müntəzəm olaraq idmanla məşğul olmaqdır:

"Çalışın ən azı 1 və ya 1.5 saat açıq havada gəzin. Bu baxımdan həm də qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalanmalıdır”.