Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oturaq iş zamanı ayaqların şişməsi – Nə edək?

  • 2023.07.24 18:12
  • 1639 Baxış
Oturaq iş zamanı ayaqların şişməsi  – Nə edək?
Bütün gününü kompüter arxasında keçirən ofis işçiləri və frilanserlərin problemlərini sonsuza qədər sadalamaq olar: fiziki hərəkətsizlik və piylənmədən onurğanın əyilməsi və qəbizliyə qədər.

Günün sonuna doğru ayaqların şişməsi, ayaq üstə işləyən insanların ümumi şikayətlərindən biridir. Ancaq oturaq işdə çalışanların da ayaqları şişir, venoz durğunluq yaranır.


“Medicina” xəbər verir ki, ortoped-travmatoloq G.V. Klyuçevskinin sözlərinə görə, axşam saatlarında yuxarıda deyilən səbəblərə görə ayaqlar şişə bilər. Çünki, ayaq təbii amortizatordur.

Təbii amortizatorumuzun disfunksiyası ayaq nahiyəsində ödemə səbəb ola bilər. Çox vaxt yay aylarında, ayağı düzgün, sabit vəziyyətdə daha az tutan yüngül ayaqqabılar geyindiyiniz zaman ayaq əziyyət çəkir.


Həmçinin yayda ayaqların yükü a daha çox olur, biz adətən ilin digər dövrlərinə nisbətən yayda daha çox gəzirik.
Çox vaxt biz stolun arxasında oturaraq və ya ayaq üstə duraraq monoton işlə məşğul oluruq. Bundan ayaqların əzələlərində, vətərlərində və bağlarında zəiflik yaranır. Ayaqlar zəifləyir, onların amortizator funksiyasını yerinə yetirməsi çətinləşir.

Bunun qarşısını almaq üçün bunları etməliyik:

• Ayaqqabılar rahat olmalı və ayağı sıx şəkildə sabitləməlidir. Ölçüyə uyğun olmalıdır və ayağı sıxmamalıdır. Çox hündürdaban ayaqqabılar və ya dabansız ayaqqanı qəbuledilməzdir.

• Hər cür hərəkətlilik: qaçış, məşq, ayaqlar üçün gimnastika onların çərçivəsini gücləndirməyə və düz ayaqlardan qaçmağa kömək edəcəkdir.

• Bir mövqedə dayanmaq və ya bir masa arxasında oturmağa çox vaxt sərf edirsinizsə, onda hər saatdan bir 10 dəqiqə gəzmək, dabanlardan ayaq barmaqlarına qədər yelləmək üçün fasilələr verin, bununla da ayaqların əzələlərində qanı qovun.

• Qeyri-bərabər səthlərdə ayaqyalın gəzmək masaj effekti verir: dəniz kənarı, çınqıl, daş səth və s.

Aynurə Məmmədova