Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oturaq həyat tərzi beyində dəyişiklik yaradır

  • 2018.04.16 13:29
  • 11499 Baxış
Oturaq həyat tərzi beyində dəyişiklik yaradır
Oturaq həyat tərzi ürək-damar, diabet xəstəlikləri riskini yüksəldir. Bu isə erkən ölümə səbəb yaradır.

 

Medicina.az xəbər verir ki, Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, oturaq həyat tərzi beynin hafizənin formalaşması və təlimdə əsas rol oynayan nahiyəsində dəyişikliklərlə əlaqəlidir. Söhbət medial gicgah payından gedir.


Araşdırmalar zamanı 45-75 yaş arasında 35 nəfər iştirak edib.


Tədqiqatçılar aşkar ediblər ki, çox oturan insanlarda medial gicgah payının qabığı daha nazik olub. Yüksək səviyyəli fiziki fəallıq da mənfi nəticələri aradan qaldırmayıb. Mütəxəssislər tədqiqatı davam etdirməyi planlaşdırırlar.