Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il Azərbaycanda neçə körpə doğulub? - STATİSTİKA

  • 2020.02.12 12:23
  • 2170 Baxış
Ötən il Azərbaycanda neçə körpə doğulub? -   STATİSTİKA
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Körpələrdən 3 356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Ötən il ölkədə 5 5916 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.