Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il Azərbaycanda neçə böyrək köçürmə əməliyyatı edilib?

  • 2019.04.03 12:02
  • 5802 Baxış
Ötən il Azərbaycanda neçə böyrək köçürmə əməliyyatı edilib?
 

"Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub”.


Medicina.az bildirir ki, bunu ONA-ya bunu baş nefroloq Fariz Babayev deyib.


O bildirib ki, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır: "2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.


F. Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, "Orqanların köçürülməsi haqqında" yeni qanun layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir.