Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ötən il Azərbaycanda 7605 nəfər insultdan ölüb - 29-u gəncdir

  • 2020.05.19 15:57
  • 1484 Baxış
Ötən il Azərbaycanda 7605 nəfər insultdan ölüb  - 29-u gəncdir


Ötən il Azərbaycanda insultdan ölənlərin sayı açıqlanıb.

Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ildə insultdan 7605 nəfər ölüb. Onlardan 3539 nəfəri kişi, 4066 nəfəri qadındır.

Bildirilib ki, ölənlərdən 29 nəfəri 18-29, 23 nəfəri 30-34, 40 nəfəri 35-39, 67 nəfəri 40-44, 148 nəfəri 45-49, 262 nəfəri 50-54, 497 nəfəri 55-59, 749 nəfəri 60-64, 815 nəfəri 65-69, 739 nəfəri 70-74, 1073 nəfəri 75-79, 1691 nəfəri 80-84, 1472 nəfəri isə 85 və yuxarı yaş qrupuna aid şəxslərdir.